Oktyabrın 27-də Milli Aviasiya Akademiyasının nəqliyyat texnologiyaları fakültəsinin nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasının 3-cü, 4-cü kurs və magistratura tələbələri Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) və Əsas yük terminalına səfər ediblər.
Bu barədə Bakı Limanından Oxu.Az-a bildirilib.
Liman əməkdaşları tələbələri yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlarla tanış ediblər və suallarını cavablandırıblar.
U.A.
www.oxu.az