Geosiyasi münaqişələr MDB ölkələrinin iqtisadiyyatında əsas çəkiyə malik olacaq. Qərbin Şərqi Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin daha da artması buna təsir edən amillərdəndir.
Oxu.Az “Report” a istinadən xəbər verir ki, bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin MDB üzrə açıqladığı hesabatında deyilir.
Sənəddə MDB-nin 9 ölkəsinin öz qonşuları ilə münaqişəli vəziyyətdə olduğu qeyd edilir:
“Yalnız Belarus və Qazaxıstanın qonşularla sərhəddə hər hansı bir problemi yoxdur”.
U.A.
www.oxu.az