Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Muxtar Babayev "Qlobal Bərpa Olunan Enerji Sammiti"ndə çıxış edib
COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasında Yüksək Səviyyəli Həftəsi çərçivəsində keçirilən "Qlobal Bərpa Olunan Enerji Sammiti"ndə çıxış edib.
"Report" xəbər verir ki, o, çıxışında Azərbaycanın COP29 fəaliyyət gündəliyində enerjiyə böyük diqqət yetirildiyini və COP28 Dubayda qəbul edilmiş qərarlarla bağlı nəzərdə tutulmuş bir sıra layihələr hazırlandığını vurğulayıb:
"COP28-də BƏƏ Konsensusu mühüm nailiyyət əldə etdi və bizim üçün möhkəm zəmin yaratdı. Enerji keçidlərinə dair çağırışları ədalətli və nizamlı şəkildə yerinə yetirmək məqsədi ilə biz gələcəyin bərpa olunan enerji sistemlərini yaratmaq üçün birlikdə işləməliyik".
Nazir COP29 çərçivəsində bərpa olunan enerjiyə keçidlə bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər barəsində qonaqları məlumatlandırıb:
"Azərbaycanın təşəbbüskar olduğu Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci illə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 giqavata çatdırmaqdır. Öhdəlik götürən tərəflər enerji şəbəkələrini təkmilləşdirmək məqsədilə görülən qlobal səylər çərçivəsində 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsini ümumi şəbəkə sisteminə əlavə etmək üçün bu sahəyə investisiya axınını artıracaq.
Təşəbbüskarı olduğumuz COP29-un Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyində investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi, eləcə də regional əməkdaşlığın təşviqi ilə bağlı hədəflər olacaq".
M.Babayev beynəlxalq enerji agentlikləri və qlobal tərəfdaşlara səslənərək COP29-un Qlobal hədəflərini milli fəaliyyət planlarına çevirmək üçün kritik məqam olduğunu qeyd edib.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Azərbaycan-Tacikistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib
- Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- BMT baş katibi Azərbaycana təşəkkür etdi: "COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır"