ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən monetar siyasətin inflyasiya ilə mübarizədə məcburi olaraq sərtləşdirilməsi qlobal maliyyə bazarlarında volatillik yaradacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Report.az "RİA Novosti" agentliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin hazırda ABŞ iqtisadiyyatında müşahidə olunan aşağı işsizlik səviyyəsi və aşağı inflyasiyanın müvəqqəti xarakter daşıdığını irəli sürüb: "Bu durum son böhrandan sonra əhalidə yaranan mənfi gözləntilərlə əlaqədar olub ki, bu tendensiya artıq müsbətə doğru dəyişib.
"ABŞ-ın əmək bazarında vəziyyətin tədricən yaxşılaşması maaşların kəskin artmasına, inflyasiyanın sürətlənməsinə gətirib-çıxara bilər. Bunun qarşısını almaq üçün FES daha sərt şəkildə uçot dərəcəsini artıra bilər. Bu da maliyyə aktivlərinin qiymətində korreksiyaya və qlobal maliyyə bazarlarında volatilliyə səbəb ola bilər", - nazir əlavə edib.
L.Ə.