Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir güzəştli kreditlərdən danışdı
Bu ilin doqquz ayında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.
Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln. manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln. manat, o cümlədən, 857 kiçik və orta həcmli layihəyə 24 mln. manat güzəştli kredit verilib.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında deyib.
“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür. 2019-cu ilin doqquz ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.
Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 mln. manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 mln. güzəştli kredit verilib. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir.
Belə ki, 2018-ci ildə 177,4 mln. ABŞ dolları dəyərində 172 min ton pomidor, 325,6 mln. ABŞ dolları dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70% (dəyər ifadəsində 2.9 dəfə) artması deməkdir”, - deyə nazir bildirib.
Sevinc Yasinqızı
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib