Maliyyə Nazirliyi aprelin 25-də Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə növbəti hərrac keçirəcək.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu dəfə 50 milyon manatlıq istiqrazın satılması nəzərdə tutulub.
Onların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
| Hərracın keçirilməsi tarixi | 25.04.2017 |
| Dövlət istiqrazının növü | DQİ |
| Qiymətli kağızın İSİN kodu | AZ0104008542 |
| Ümumi həcmi (manat) | 50 000 000 |
| Bir istiqrazın nominal dəyəri (manat) | 100 |
| İstiqrazların tədavül müddəti | 364 gün |
| Ödəmə tarixi | 24.04.2018 |
| Anderrayter | Paşa Kapital İŞ QSC
|
U.A.
www.oxu.az