Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta “Instagram” hesabında video paylaşıb.
Oxu.Az xəbər verir ki, videoda o, atası ilə masanın yanında rəqs edir. “Vremya i steklo” qrupunun “Yəqin ki, buna görə” mahnısının sonunda Peskov 19 yaşlı qızını qucaqlayır və onlar gülürlər.
Yelizaveta Peskova videoya “Bütün qızların ataları ilə normal rəqsləri olur... Bizdə isə belə” şərhini yazıb.
N.О.
www.oxu.az