2019-2021-ci illərdə Brent markalı neftin 1 barelinin orta qiyməti 60 dollar təşkil edəcək.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Royal Dutch Shell”in proqnozlarında qeyd edilir.
Bildirilir ki, 2013-2015-ci illərdə Brent markalı neftin orta qiyməti 90 dollar təşkil edib. 2017-ci ilin ikinci rübündə neftin dəyəri 50 dollar ətrafında formalaşıb. Beləliklə, 2021-ci il üzrə müqavilələrdə neftin dəyəri cari qiyməti ilə müqayisədə 20 faiz bahalaşacaq.
L.Ə.