“Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2011-ci ildən etibarən investisiya portfelinin diversifikasiyasına başlayıb”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə SOFAZ-ın icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.
Onun sözlərinə görə, portfelinin diversifikasiyası məqsədilə Neft Fondu ABŞ iqtisadiyyatına 6,5 mlrd. dollar yatırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, indiyədək Azərbaycan iqtisadiyyatına 200 mlrd. dollar həcmində investisiya yatırılıb ki, bunun da 10 mlrd. dolları ABŞ şirkətlərinin payına düşür.
U.A.
www.oxu.az