Cari ilin iyun ayının 1-i tarixinə Neft Fondunun valyuta aktivləri ölkənin cəmi strateji
valyuta ehtiyatlarının 85,8%-ni təşkil edib.
Hesablama Palatasından Oxu.Az-a verilən məlumata görə, 2018-cı ilin altı ayı ərzində Dövlət Neft Fondunun gəlirləri 9173,7 mln. manat təşkil etməklə, cari il üçün proqnozlaşdırılmış məbləğin 79,4%-ə bərabər olub.
Dollar ifadəsində hesabat dövründə Fondun gəlirləri 5573,1 mln. dollar təşkil edib. Bu da 2017-ci ilin eyni dövrü üzrə göstəricisindən 59,0% çoxdur.
Neft Fondunun xərclərinə gəlincə, hesabat dövründə büdcə xərcləri 4731,6 mln. manat
olub. Bu, cari il üçün nəzərdə tutulmuş məbləğin 48,6%-ə bərabər məbləğ deməkdir. Dollar ifadəsində isə, fondun xərcləri hesabat dövründə 2783,2 mln. dollar təşkil edir.
Beləliklə, fondun büdcəsində 4442 ,0 mln. manat məbləğində profisit yaranıb.