Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 7 faizdən çox ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, bunu hərracların göstəriciləri təsdiqləyir.
Bakı vaxtı ilə saat 02:01-ə olan məlumatlara əsasən, "Brent" neftin qiyməti 7.44% azalaraq bir barel üçün 89.58 dollara düşüb.
Saat 08:45-ə olan vəziyyətə görə, "Brent"in qiymətində ucuzlaşma qismən yavaşlayıb və bir barel üçün 91.87 dollar (-5.07%) təşkil edib.
Eyni zamanda, avqust ayına çatdırılma ilə WTI markalı neftin füçerslərinin dəyəri 5.34% enərək bir barel üçün 84.54 dollara bərabər olub.