Dünya bazarlarında nefitn qiyməti bahalaşmaqda davam edir.
Bu barədə Oxu.Az hərracların son istinadən xəbər verir.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,5% artaraq 46,05 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,3% bahalaşaraq ötən ilin noyabr ayından ilk dəfə 48,3 dollar olub.