Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kadırov azərbaycanlını nazir təyin etdi - FOTO
Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə o, öz İnstagram səhifəsində yazıb.
“Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım”, — deyə o bildirib.
Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.
Bundan əvvəl Çeçenistanın səhiyyə naziri Musa Əhmədov olub.
"Azərbaycan Tibb Universiteti (ATU)" teqi üzrə xəbərlər
- Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?
- Azəbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
- Yeni əsrin falçıları - "Psixoloqlar", yoxsa şarlatanlar?
- "Təcrübəsiz" universitetlər, iynə vura bilməyən həkimlər: "Kaş bu ixtisası oxumazdım"
- Azərbaycanda tanınmış həkim vəfat etdi