Türkiyə Böyük Millət Məclisinin deputuları arasında dava baş verib.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, münaqişəyə səbəb deputat toxunulmazlıqları ilə bağlı qanun layihəsinin müzakirələri zamanı Komissiya sədrinin millət vəkillərinin köməkçilərinin və mətbuat işçilərinin zaldan çıxarılması tələbi olub.
Bu tələb HDP (PKK yönlü Xalqların Demokratik Partiyası) millət vəkillərinin etirazına səbəb olub.
Qeyd olunur ki dava zamanı xəsarət alanlar var.
Müzakirələr mayın 2-nə keçirilib.