Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Neft və qaz ehtiyatlarının həcmi açıqlandı
“Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən neft ehtiyatları 2 milyard ton, qaz ehtiyatları isə 2 trilyon 550 milyard kubmetr həcmindədir”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Oil and Industry” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatları 2 milyard ton, qaz ehtiyatları isə 3 trilyon 450 milyard kubmetrdir:
“Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 550 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 10 milyard ton həcmində qiymətləndirilir”.
U.A.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
- Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"