London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti artmaqda davam edir.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçeslərinin qiyməti 0,64 dollar və ya 2,01% ucuzlaşaraq bir barelə görə 31,16 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 2,48% azalaraq 30,67 dollar təşkil edib.
Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 21:20 olan məlumata əsasən, Brent neftinin qiyməti bir barelə görə 32,97 dollara qədər qalxmışdı.
Ülviyyə R. Əli
www.oxu.az