WTI neftinin bir bareli 2016-cı ilin dekabrın ortalarından etibarən ilk dəfə 50 dollardan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bunu ICE qitələrarası birjanın nəticələri göstərir.
Bakı vaxtı ilə saat 11:18 olan məlumata görə, WTI nefti üçün aprel fyuçersləri bir barel üçün 49,58 dollardan ibarət olub. Ticarət sessiyasının əvvəlindən qiymətin enməsi 1,4%-dən ibarət olub.
Brent markalı neftin may fyuçersləri, eyni zamanda 52,03 dollar səviyyəsində satılır. Bakı vaxtı ilə 14:01-də Brent neftinin bir barelinin qiyməti 53,32 dollardan ibarət olub.
Bazar ABŞ-da neft ehtiyatları barədə məlumatlara reaksiya verib. ABŞ-da neft ehtiyatları bir həftə ərzində 8,2 milyon barel artaraq 528,4 milyon bareldən ibarət olub, bunu Energetik informasiya idarəsi bildirib.
N.О.
www.oxu.az