ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin qiyməti 64 dolları keçib.
Oxu.Az bu barədə hərracların nəticələrinə istinadən xəbər verir.
Sonuncu dəfə belə rəqəm 2015-ci ilin iyun ayında qeydə alınmışdı.
Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barel üçün 3,30% artaraq 64,12 dollar olub.
Ekspertlər neftin qiymətinin bahalaşmasını Səudiyyə Ərəbistanında 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsi ilə əlaqələndirirlər.
06.11.2017 21:37
ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin qiyməti 30 iyun 2015-ci il tarixdən ilk dəfə 63 dolları keçib.
Oxu.Az bu barədə hərracların nəticələrinə istinadən xəbər verir.
Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barel üçün 2,66% artaraq 63,72 dollara satılıb.
WTI markalı neftin bir barelinin qiyməti isə 2,28% bahalaşaraq 56,91 dollar olub.
S.B.
www.oxu.az