Bazarda neft bolluğunun davam etməsi və Yaponiya kimi iri neft istehlakçısının alışları azaltması neftin qiymətini son üç ayda ən aşağı səviyyəyə endirib.
Oxu.Az xəbər verir ki, Brent markalı neftin qiyməti bu səhər 0,12% azalmaqla, 56,06 dollar, Texas markalı neftin bir barelinin qiyməti isə 49,28 dollara düşüb.
Mütəxəssislər isə ABŞ-ın artan xam neft ehtiyatlarının və dolların bahalaşmasını neft üzərində təzyiq yaratdığını bildiriblər.
Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının 2,3 milyon barel azaldacağı ilə bağlı proqnoz özünü doğrultmamışdı, əksinə neft ehtiyatlarının həcmi 2,5 milyon barel artmışdı.
Ülviyyə R. Əli
www.oxu.az