İrandan Azərbaycana narkotik maddə gətirən 2 nəfər saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mirkamil Seyidovun üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 1,433 qram tiryək aşkar olunub.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Adışirin Əliyevin üzərində şəxsi yoxlama zamanı onun əl baqajından 3 ədəd plastik qabda, ümumilikdə 294 ədəd və təsiredici maddəsinin xalis miqdarı 5,88 metadon aşkar edilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.
E.Ə.
www.oxu.az