OPEK ölkələri, çox ehtimal ki, iyunda keçiriləcək görüşdə neft hasilatının səviyyəsinin dəyişdirilməsi barədə qərar qəbul etməyəcəklər. Bunun səbəbi Rusiya və “qara qızıl”ın digər istehsalçılarıdır.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə OPEK nümayəndəsi bildirib.
“OPEK çox güman ki, hasilatın səviyyəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməyəcək. Bu iki səbəblə bağlıdır: Rusiya və kartelə daxil olan digər hasilatçılar istehsalın aşağı salınması ilə bağlı hər hansı ideya ilə bağlı əməkdaşlığa istək bildirməyiblər. Digər səbəb – neft bazarı möhkəmlənir”, - Reuters agentliyi OPEK-in yüksək vəzifəli nümayəndəsinin sözlərinə istinadən bildirib.