Azərbaycanın Turizm Assosiasiyası (AzTa) otellərin xidmət personalının tarix sahəsində biliyi ilə məşğul olacaq.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, bu barədə AzTa rəhbəri Nahid Bağırov bəyan edib.
Onun sözlərinə görə, iyun ayından assosiasiya oteldə çalışan qeydiyyatçı və konsyerjlər üçün master-klasslara başlayacaq.
“Qeydiyyatçı və konsyerjlər üçün şəhər üzrə, tarixi-memarlıq abidəsi Qobustana və digər tarixi abidələr üzrə informasiya turu təşkil ediləcək. Belə tədris turlarının keçirilməsinin məqsədi xaricilərlə birbaşa əlaqədə olan və onları şəhərlə tanışlıq üçün yönləndirə biləcək qeydiyyatçı və konsyerjlərin bilik səviyyəsinin yüksəldilməsidir”, - N.Bağırov deyib.