Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,51% artaraq bir barelə görə 48,98 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,63% bahalaşaraq 46,17 dollara satılıb.
U.A.
www.oxu.az