Oktyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,88 dollar və ya 1,9% azalaraq 1 barelə görə 101,61 dollar təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, oktyabrın 9-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,10 dollar və ya 1,0% azalaraq 109,06 dollar olub.