Biz sənədi olmayan torpaqları xəritəyə salmırıq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, İcra Hakimiyyəti başçılarının sərəncamı ilə dövlət torpaqları icarəyə verildikdən sonra o ərazi xəritəyə salınır. Əgər bələdiyyə torpağıdırsa, bunun üçün müvafiq ərazinin bələdiyyə sədrinin sərəncamı olmalıdır.
O deyib ki, bəzən tikililərə qanunsuz icazə vermə faktları ilə rastlaşırıq: “Bu, ölkə qanununda mövcud olmayan işdir. Bəzən bizə torpağın xəritəyə salınması üçün saxta möhür vuraraq sənəd təqdim edirlər. Sənədi olmayan torpaqlar xəritəyə salına bilməz və bu mümkün deyil.”