Kənd təsərrüfatı Azərbaycanın əsas sahələrindən biridir.
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai bildirib.
İşçi qüvvəsinin 40 faizinin aqrar sektorun payına düşdüyünü deyən Q.İsakzai qeyd edib ki, Azərbaycan kimi ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın diversifikasiya olunmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və balıqçılıq sahələrinə investisiyaları genişləndirməklə yoxsulluğun azadılmasına müvəffəq olmaq mümkündür.
O, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin inkişaf proqramının yeni layihəyə başladığını diqqətə çatdırıb.
Məlum olub ki, layihənin büdcəsi 24 milyon dollardır:
“Layihədə bitki genetik ehtiyatlarının qorunması, toplanması, qiymətləndirilməsi nəzərdə tutulur”.
L.Ə
www.oxu.az