Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı növbəti dəfə bank rəhbərləri ilə görüşəcək.
Bu barədə Oxu.Az-a Palata sədrinin müşaviri Rüfət Abbasov deyib.
“Mütəmadi olaraq maliyyə sektorunun nümayəndələri ilə görüşürük. Sığortaçılar və bankirlərlə son bir neçə ayda 10-a yaxın geniş tərkibdə görüşümüz olub”, - deyə R.Abbasov qeyd edib.
Onun sözlərinə görə, bu görüşlərdə biz onlara qərarlarımızı kommunikasiya etməklə bərabər, onları narahat edən məsələləri öyrənirik.
Ülviyyə R. Əli
www.oxu.az