Rusiya “Qazprom”un Azərbaycana qaz çatdırmağa hazır olduğunu bildirib. Cari ilə qədər şirkət özü Azərbaycan qazını alırdı.
“Qazprom”un məlumatına əsasən, 2013-cü ildə 1,4 milyard kubmetr, 2014-cü ildə 0,21 milyard kubmetr olub, 2015-ci ildə isə Azərbaycandan çatdırılmalar sıfıra enib.
Oxu.Az xəbər verir ki, bu barədə “Qazeta.Ru” yazır.
“Daxili qaz tələbatının artımı və Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar “Qazprom” respublikanın qaz idxalına olan tələbatını labüd həcmlərdə ödəməyə hazırdır”, - şirkətin rəhbəri Aleksey Miller Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumun gedişatında söyləyib.
“Azərbaycanda nəhəng qaz ehtiyatlarına baxmayaraq, onların işlənmə templəri (ilk növbədə “Şahdəniz” yatağı) indi enib, - Rusiya Neft-qaz sənayeçiləri İttifaqının ekspertlər şurasının üzvü Eldar Kasayev bildirib. – Bu, azad maliyyə resurslarının çatışmazlığı ilə əlaqədardır”.
İş ondadır ki, Azərbaycan iqtisadiyyatı neft-qaz gəlirlərindən çox asılıdır. Neftin qiymətinin ucuzlaşması, qazın da qiymətinin ucuzlaşmasına səbəb oldu, çünki qaz üzrə müqavilələr neft kotirovkaları ilə əlaqədardır.
“Neft dollarlarının çatışmazlığı Azərbaycan qaz yataqlarında planlaşdırılmış debetləri əldə etməyə imkan vermir”, - Kasayev deyir.
Amma “Şahdəniz” layihəsində iştirak edən şirkətlərdən birindən olan mənbənin sözlərinə görə, əksinə, hasilat orada daima artır.
“Həm layihənin birinci, eləcə də ikinci növbəsi üzrə”, - “Qazeta.Ru”nun həmsöhbəti vurğulayıb.
“Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr kimi dəyərləndirilir, keçən il yataqdan 9,9 milyard kubmetr qaz çıxarılıb.
Avropa Rusiyadan çatdırılmalardan asılılığını azaltmaq üçün məhz “Şahdəniz” qazına ümid edir.
Mayın əvvəlində AvropaYenidənqurma və İnkişaf Bankı hətta “Şahdəniz” layihəsinin ikinci növbəsinin inşası üçün layihə çərçivəsində kredit ayırmaq niyyəti olduğunu bəyan etmişdi. AYİB prezidenti Suma Çakraborti o zaman kredit məsələsinin yayda həll olunacağını demişdi, kreditin dəqiq vaxtı və həcmi hələ məlum deyil.
Azərbaycan qazı – Avropa İttifaqının, çatdırılmaların diversifikasiyasının labüdlüyündən danışaraq illərdir istifadə etdiyi kartdır. “Şahdəniz” layihəsinin ikinci növbəsi layihə qüvvəsinə çıxarıldıqdan sonra Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qaz çatdırmağa ümid edir.
“Azərbaycandan Avropaya ixrac gec-tez başlayacaq, - Milli Energetika Təhlükəsizlik Fondunun rəhbəri Konstantin Simonov deyir. – Məsələ müddət və həcmdədir”.
Simonovun sözlərinə görə, çatdırılmalar 2018-ci ildən başlamalı idi.
“İndi 2022-ci ildən danışırlar, amma real olaraq bu çətin ki, 2025-dən tez baş versin”, - METF-nın rəhbəri qeyd edib. Həm də 10 milyard kubmetr artıq müqavilə ilə qeyd edilib: 8 milyard kubmetri İtaliya, Bolqariya və Yunanıstan isə hərəsi 1 milyard alacaq. Simonovun sözlərinə görə, çatdırılmaların ciddi artırılması üçün perspektiv yoxdur.
Eldar Kasayev qeyd edir ki, Azərbaycandan ixrac ediləcək 10 milyard kubmetr qaz istənilən halda Avropada vəziyyəti dəyişməyəcək.
“2013-cü ildə Avropada qaz istehlakı 100-150 milyard kubmetr artaraq təxminən 600 milyarda çatacaq – ekspert izah edib. – Həm də Rusiya Neft-qaz sənayeçilərinin İttifaqının dəyərləndirməsinə görə, Azərbaycan 10 milyard deyil, yalnız 6-8 milyard kubmetr qaz çatdıra biləcək”.