“Neftin qiymətləri 50 dollar/ barel səviyyəsinindən kəskin aşağı enərsə, bu halda hasilatın dondurulması məsələsi daha aktiv bir şəkildə müzakirə olunmağa haqq qazanacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandir Novak deyib.
Nazirin fikrincə, hazırda 50 dollar/ barel civarında yaranan qiymət normaldır.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 14:15-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 46,67 dollar, WTI nefti isə 44,57 dollara satılır.
Ülviyyə R. Əli
www.oxu.az