Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyadakı azərbaycanlıların hər il Vətənə göndərdikləri pulun həcmi açıqlandı
Rusiyada il ərzində 600 minə yaxın azərbaycanlı işləyir. Nəticədə əldə oluna qazanc Azərbaycana göndərilir. Bu, təqribən 1 milyard dollardan çox vəsait edir.
Oxu.Az Salamnews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.
O deyib ki, ildən-ilə bu vəsait azalır və bir çox vətəndaşımız ölkəmizdə işləməli olurlar:
“Azərbaycanlıların Rusiyada olan sayı barədə dəqiq məlumatlar verilmir. Rəsmi statistika göstərir ki, 680 min Rusiya vətəndaşı Azərbaycan əsllidir və onlar son siyahıya alınmada özlərini azərbaycanlı adlandırıblar."
Onun sözlərinə görə, Rusiyada miqrant problemi bir neçə ildir yaranıb.
“Sənədləşmə sistemində, peşəkarlıq və vətəndaşın rus dilini bilməsi istiqamətində işlər aparılıb. Bu məsələlərə fərdi olaraq baxılmalıdır. Hər insan güzaranının yaxşılaşdırılması üçün qanun çərçivəsində davranmalıdır. Azərbaycan vətəndaşlarının qayğısına qalır. Rusiyada baş verən hadisələr onu göstərdi ki, cinayətin araşdırılması istiqamətində istintaq işləri qanunla aparılmalıdır. Bizim dövlət qurumları bu istiqamətdə lazimi tədbirlər görür” – deyə, F.Məmmədov bildirib.