Bu günlərdə Bakıya tamaşaçıların daha çox “Bu gün ne giysem” yarışmasının münsif heyətindən tanıdığı modelyerlər İvana Sert və Hakan Akkaya gəlib.
Oxu.Az Axsam.az-a istinadən xəbər verir ki, Ruhi Əliyeva Bakıya gələn qonaqlara ziyafət verib.
İvana Sert Bakı təəssüratlarını paylaşdı və yeni çimərlik geyimləri kolleksiyasını nümayiş etdirmək istəyini də bildirdi:
“İlk dəfə ötən il Bakıya gəlmişdim. Buranı çox bəyənirəm. Yeni tikilən rəngli binalar, qədim tarixi evlər xoşuma gəlir. Maraqlı bir şəhərdir. Mən hər zaman Bakıya kiçik Paris deyirəm. Buradan getdiyim gündən yenidən gəlməyi arzulayırdım. Bu yaxınlarda Ruhi xanımla İstanbulda tanış olduq, məni verilişinə dəvət etdi. Çox sevindim və dərhal razılaşdım.
Hazırda yeni çimərlik geyimlərinin üzərində işləyirəm. Kolleksiyamın çox hissəsini dəri geyimlər təşkil edəcək. Mart ayında təqdimat olacaq. Ondan sonra həmin kolleksiyamı Bakıda da nümayiş etdirmək istəyirəm”.
Qeyd edək ki, İvana bu gün “Özünə bax” telelahiyəsinin qonaqı olacaq.