Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidməti və Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti bu ölkədən quş ətinin idxalına dair şərtləri razılaşdırıb.
Oxu.Az Rusiya mətbuata istinadən xəbər verir ki, Rusiyadan Azərbaycana quşçuluq məhsullarının ixracına (diri quş, inkubasiya yumurtası, genetik materiallar, termik emaldan keçməmiş, quş qripi virusunun dağılmasına zəmanət verən quşçuluq məhsulları) "əlverişli" statusa malik ərazilərdə əldə edilib və istehsal olunduqları halda icazə veridiyi qeyd edilib.
O da bildirilir ki, diri quşun üçüncü ölkənin ərazisinə aparılması ancaq marşrut istiqamətinin quş qripi üzrə "əlverişsiz" statusa malik ərazilərdən keçməyəcəyi halda icazə verilir.
L.Ə.