Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Belə ki, martın 31-də saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Rəncbər, Navahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, həmçinin İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qeyd edək ki, qazın verilişində yaranan problemin səbəbi qazpaylama stansiyalarında aparılan təmir işləri ilə bağlıdır.