“PetLim”in (Petkim limanı) inşası tamamlanıb və onu işlədəcək firmaya təhvil verilib.
Oxu.Az Türkiyənin Dəniz agentliyinə istinadən xəbər verir ki, bu barədə “PetLim"”n baş direktoru Səadəddin Qorqud bildirib.
Forumların birində çıxış edən Qorqud limanın bir neçə ay içərisində fəaliyyətə başlayacağının müjdəsini verib.
O qeyd edib ki, “PetLim” Türkiyənin 3-cü ən böyük konteyner limanıdır.
Şirkətin baş direktoru xatırladıb ki, SOCAR investisiyalarını davam etdirir. İcra olunan layihələrin davam etdirilməsi ilə Türkiyəyə yatırdığımız investisiyaların ümumi həcmi 20 milyard dollara çatacaq.
Ülviyyə R. Əli
www.oxu.az