Cari ilin ilk rübü ərzində paytaxtın Səbail rayonunda bir sıra müxtəlif təyinatlı obyektlərin tikintisi işləri aparılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən bildiriblər.
Qeyd olunub ki, həmin dövrdə rayon ərazisindəki 2 nömrəli şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb.
Bununla yanaşı, 20-ci sahə ərazisindəki 109 nömrəli 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəsəbəsində yerləşən yeni idman kompleksinin, eləcə də 3 yeni su anbarının tikintisi davam etdirilir.