“Eurovision-2014” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Dilarə Kazımovanın rəsmi saytı açılıb.
Oxu.Az xəbər verir ki, sayt üç dildə - Azərbaycan, ingilis və rus dillərində təqdim edilib.
Saytda müğənni haqqında informasiya yerləşdirilib, “Start a Fire” müsabiqə mahnısının videoçarxı, promo-turdan foto və yeniliklər yerləşdirilib.
Saytın ana səhifəsində Dilarə Kazımovanın müraciəti verilib.
“Salam, dostlarım! Bu, mənəm, Dilarə Kazımova.
Bu il Avroviziyanın bir parçası olduğum üçün Yer kürəsinin ən xoşbəxt insanıyam!
Sevginiz və dəstəyiniz üçün sizə minnətdaram. Kopenhagenə gedən yolumu izləmək üçün bizə qoşulun!”, - müraciətdə deyilir.
Xatırladaq ki, Dilarə Kazımova “Start a Fire” mahnısı ilə Kopenhagendə may ayının 6-da “Eurovision - 2014” müsabiqəsinin yarımfinalında səkkizinci nömrə altında çıxış edəcək.