Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Turkey” şirkətinin İzmirin Əliağa bölgəsindəki “Petkim” yarımadasında inşa etdiyi "Petlim" konteyner limanı artıq hazırdır və təhvil verilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev “Petlim”lə bağlı verilən sualı cavablandırarkən deyib.
“Düşünürəm ki, sentyabrda limanın açılışını etmək olar”, - deyə o əlavə edib.