Səudiyyə Ərəbistanı OPEK-ə daxil olan ölkələrə də eyni şeyi etdikləri halda neftin qiymətini artırmağa hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Krallığın neft naziri Əli əl-Naimi bəyan edib.
“Krallıq əvvəlki kimi bazara sabitlik gətirməyə və neftin qiymətini artırmağa hazırdır, amma əsas ixrac ölkələri və idxal ölkələrin iştirakı və eləcə də hər şeyin dəqiq prinsiplər əsasında və şəffaf keçiriləcəyi şərti ilə. Belə ki, Ər-Riyad və ya Ərəb körfəzinin və ya OPEK ölkələri bunu təklikdə üzərinə götürməsin”, - Reyter agentliyi əl-Naiminin sözlərindən sitat gətirir.
Bu ərəfədə Əli əl-Naimi bildirib ki, dünyada neft ixracatçısı olan Səudiyyə Ərəbistanı dünya tələbatının artması fonunda neftin may ayında Asiyaya çatdırılmalarına qiyməti artırır. Onun sözlərinə görə, neftə olan dünya tələbatı bərpa edilir və dövlət istənilən müştərinin tələbatını ödəməyə qadirdir. Krallıqda istehsalat səviyyəsi Əli əl-Naiminin bildirdiyi kimi, gün ərzində 10 milyon barelə çatacaq.
Aprel ayında Səudiyyə Ərəbistanı artıq Arab Light-ın qiymətini bir barel üçün 1,4 dollar artırmışdı. Bu, 2012-ci ilin yanvar ayından ən ciddi artım idi.
2014-cü ilin yayından neft katirovkaları iki dəfədən çox azalıb – bir barel üçün 110-dan 50 dollara. Analitiklər neftin qiymətinin kəskin azalmasını bazarda xammalın bolluğu ilə əlaqələndirirlər. OPEK 2014-cü il 27 noyabr tarixli günə neft hasilatının həcmini 30 milyon barel saxlamağa dair qərarı ilə qiymətlərin enməsini sürətləndirdi, Brent markalı neftin qiyməti yeni ildə artıq 45 dollara qədər endi.