Niderland-Britaniya neft-qaz şirkəti Shell şirkətin uzunmüddətli strategiyasını açıqlayıb, bu strategiya neftin dünya qiymətlərinin uzunmüddətli ucuzlaşmasından irəli gəlib, Reuters xəbər verir.
Səhmdarların iclasında şirkətin baş icraçı direktoru Ben van Berden şirkətin məsrəflərini kəskin şəkildə azaltmağa dair planlarından danışıb.
Şirkət əsasən 6,5 min əməkdaşı ixtisar etmək və şirkətin ikinci dərəcəli aktivlərini satmaq niyyətindədir.
Bundan başqa, şirkət 2014-cü ildə çəkilən 35 milyard dollar xərcini 33 milyard dollara qədər azaldaraq qənaətə davam etməyi düşünür.
“Biz neftin qiymətinin aşağı səviyyədə qalacağı bir dünyaya hazır olmalıyıq”, - Barden iclasda bildirib.
2015-ci ilin ikinci rübünün nəticələrinə görə, şirkətin 2014-cü ildə 6,13 milyard dollardan ibarət olan təmiz gəliri, 2015-ci ildə 3,835 milyard dollara enib.
Daha öncə neftin dünya qiymətlərinin zəif artımı barədə məlumat verilmişdi.