Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-sentyabr ayları üzrə sığorta bazarının nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, FED.az Azərbaycanda ən zərərli sığorta növlərini araşdırıb. Məlum olub ki, son statistikaya əsasən, ən zərərli sığorta növü işçilərin dələduzluğu sığortasıdır. Ən zərərli sığorta növləri arasında 1,5 dəfə ilə yük daşıyanın mülki məsuliyyətinin sığortası 2-ci olub.
Statistika sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasına yaxın durmamalarının səbəbini də göstərib. Belə ki, əkin sahələrini sığortalayan şirkətlər yığdıqlarından 7,2% artıq ödəniş həyata keçiriblər. Daha çox yatırım imkanı kimi çıxış edən həyatın yaşam sığortası isə 88,4% göstərici ilə 4-cü olub. Tibbi sığorta üzrə isə şirkətlər yığdıqları hər 100 manatın 64,8 manatını ödəniş olaraq müştərilərinə verib.

L.Ə.