“Banklar və Biznes Qəzeti” - ninwww.bbn.az veb-portalı kredit və taksit kartları üzrə ən sərfəli şərtlərin müəyyənləşdirilməsi məqsədi ilə banklar arasında araşdırma aparmışdır.
Araşdırma bankların təklif etdiyi kredit və taksit kartlarının faiz dərəcələri və minimum gəlir tələbləri göstəricilərini əhatə edir.
Nəticələrə əsasən, “Expressbank”ın “Smilecard” kredit məhsulu faiz dərəcələrinə görə ən aşağı faizli kredit kartı kimi müəyyən edilmişdir. Minimum gəlirə olan tələb şərtlərinə görə isə “Smilecard” ilk üçlükdədir.
"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə təqdim olunan “Smilecard” hər yerdə keçərli olan taksit kartıdır. Belə ki, “Smilecard” sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS-ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, illik faiz dərəcəsi isə 0%-dir.
Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında “Expressbank”ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm “cashback” (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən - “Smilecard”ı ala bilərlər.
“Smilecard” 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. “Smilecard”ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə edilmə imkanıdır.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az