“Azərkimya” İB-nin Etilen-Polietilen zavodu bir aylıq təmirə dayanacaq”.
Oxu.Az xəbər verir ki, zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə deyib ki, bu müəssisədə aparılan yenidənqurma işləri ilə bağlıdır.
Onun sözlərinə görə, proses cari ilin avqust ayının 10-dan sentyabrın 10-dək davam edəcək: “Avqustun 10-dan başlayaraq zavodda əsaslı təmir aparılacaq. Yenidənqurma işlərinin birinci qolu avqust-sentyabr aylarında başa çatdırılmalıdır. Bundan əlavə, zavodda bir neçə yeni qurğunun tikintisi planlaşdırılır. Bununla bağlı artıq hazırlıq işlərinə başlanılıb”.
O qeyd edib ki, yenidənqurma layihəsi 3 ili əhatə edəcək: “Burada əsas məqsəd etilen istehsalının artırılmasıdır. Biz SOCAR-ın bəzi müəssisələrini ildə 150 min ton etilen-polietilen məhsulları ilə təmin etməliyik”.
Ülviyyə R. Əli
www.oxu.az