İyunun 14-də Bolqarıstanın paytaxtı Sofiyada “Azərbaycan xalq yaradıcılığının möhtəşəm nümunələri” sərgisi keçiriləcək.
Bu barədə Oxu.Az Report-a istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil edilən sərgi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Sərgidə xalçaçılıq, zərgərlik nümunələri, toxuma, dulusçuluq işləri kimi Azərbaycanın ənənəvi sənətkarlıq sahələri parlaq şəkildə təqdim olunacaq.
Sərgidə Azərbaycanda xalçaçılığının öndə gedən mərkəzlərinin (Quba, Şirvan, Qarabağ) nümunələri, XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid müxtəlif mis əşyalar, eləcə də, ipək şərflər - kəlağayıların müxtəlif növləri nümayiş olunacaq.

A.S.
www.oxu.az