Bu il Azərbaycanda iki yeni yanacaqdoldurma məntəqəsi açılacaq.
Bu barədə SOCAR-ın sosial şəbəkə səhifəsində məlumat verilib.
“Hazırda “SOCAR Petroleum” QSC-yə məxsus müasir standartlara cavab verən 29 yanacaqdoldurma məntəqəsinin 5-də CNG məntəqəsi, o cümlədən, 1 CNG terminalı fəaliyyət göstərir.
2019-cu ilin sonuna kimi iki yeni yanacaqdoldurma məntəqəsi də açılaraq istifadəyə veriləcək”, - deyə bildirilib.