Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin may ayında dövlət büdcəsinə 117 milyon 806 min manat vəsait ödənilib.
Oxu.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, bu da ötən ilin may ayı ilə müqayisədə 14,29 milyon manat və ya 10,82% azdır.
Cari ilin yanvar-may aylarında büdcəyə 562 milyon 781 min manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 milyon 261 min manat və ya 6,98% azdır.
Bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 251 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 milyon 3 min manat çox olub.
2016-cı ilin yanvar-may aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 57 milyon 359 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 483 min manat və ya 0,83% azdır.
Ülviyyə R. Əli
www.oxu.az