Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin mart ayında Novorossiysk limanından 79 min 678 ton, Supsa limanından 176 min 335 ton, Ceyhan limanından 1 milyon 644 min 415 ton xam neft ixrac edib.
Oxu.Az bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.
“Ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 79 min 936 ton, Supsa limanından 599 min 600 ton, Ceyhan limanından 4 milyon 628 min 741 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir”, - deyə məlumatda vurğulanıb.
Bundan başqa, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin mart ayında 93 min 489 ton dizel yanacağı, 8 min 969 ton təyyarə yanacağı, 9 min 364 ton yüksək təzyiqli polietilen, 857 ton mütləqləşdirilmiş izopropil spirti, 5 min 981 ton maye piroliz qətranı, 6 min 187 ton propilen və 664 ton butilen butadien fraksiyası ixrac edib.
“Ümumilikdə, 2016-cı ilin yanvar-mart ayları ərzində 219 min 412 ton dizel yanacağı, 74 min 722 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 24 min 768 yüksək təzyiqli polietilen, 2 min 346 ton mütləqləşdirilmiş izopropil spirti, 15 min 84 ton maye piroliz qətranı, 12 min 211 ton propilen və 1 min 342 ton butilen butaduien fraksiyası ixrac edilib.
2016-cı ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 430,55 dollar, təyyarə yanacağının - 363,13 dollar, dizel yanacağının - 335,60 dollar, 1% kükürdlü mazutun qiyməti 162,10 dollar, yüksək təzyiqli polietilen 1141,25 dollar, butilen butadien fraksiyası 376,03 dollar, propilen 560 avro, mütləqləşdirilmiş izopropil spirti 677,50 avro təşkil edib”, - deyə şirkət qeyd edib.
Hesabata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,49 dollara,Urals nefti 37,18 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 39,80 dollara satılıb.
Ülviyyə R. Əli
www.oxu.az