Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 29-da keçirilən hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Oxu.Az komitəyə istinadən xəbər verir ki, qeyd olunan tarixdə keçirilmiş hərracda ümumilikdə 9 avtomobildən cəmi 3-ü satılıb.
Məlumata görə, bunlar 2007-ci il istehsalı olan Fiat Doblo 1999-cu il istehsalı olan ZİL-5301 AO və 2007-ci il istehsalı olan QAZ-31105 olub.
Qeyd olunan avtomobillər start qiymətinə satılıb. Müvafiq olaraq, 3630, 1178, 1980 manata.
Xatırladaq ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan Fiat Doblo avtomobili 8000 manata satılır.
Ülviyyə R. Əli
www.oxu.az