SOCAR mayın sonuna kimi “Günəşli” yatağında təmir işləri həyata keçirməyə ümid edir.
Oxu.Az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev “IP Week” çərçivəsində jurnalistlərə bəyan edib.
“Vəziyyət normallaşır, dünən daha bir qaz quyusu söndürülüb. Yanğın sonuncu quyuda davam edir, yəqin onu da bu gün söndürəcəyik. Cəmi 27 quyu olub”, - deyə o dəqiqləşdirib.
“Bundan sonra dərhal təmir işlərinə balayacağıq. Quyuları təmir etmək üçün 3-4 ay vaxt lazımdır. Yatağı mayın sonuna kimi tam həcmlə istifadəyə verməyə çalışacağıq. Bu yatağdan 1,3 mln. kubmetr qaz və 1 min ton neft hasil olunurdu. Cari ildə illik hasilatın həcmi 500-600 min ton az olacaq”, - deyə R.Abdullayev vurğulayıb.
Xəbər verildiyi kimi, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.