Bu ilin fevral ayında SOCAR tərəfindən dövlət büdcəsinə 134 mln. 471 min manat vəsait ödənilib.
Oxu.Az-ın məlumatına görə, APA SOCAR-ın açıqladığı rəqəmlərə istinadən verdiyi məlumata görə, bu göstərici 2016-cı ilin fevral ayı ilə müqayisədə 36 mln. 271 min manat və ya 36,93% çox olub.
Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında büdcəyə 262 mln. 658 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 mln. 776 min manat və ya 21,66% çox olub.
Bundan əlavə, bu ilin fevral ayında SOCAR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 656 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 mln. 734 min manat və ya 15,87% çox olub.
Bu ilin yanvar-fevral aylarında SOCAR tərəfindən Fonda ödəniş 25 mln. 163 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 4 mln. 113 min manat və ya 19,54% çox olub.
U.A.
www.oxu.az