Petkim yarımadası ərazisində həyata keçirilməsi nəzərdə tutulan “Petkojen” layihəsi üzrə işlər dayandırılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Petkim Holding”in baş direktoru Anar Məmmədov Türkiyədə səfərdə olan Azərbaycan jurnalistlərinə bildirib.
O qeyd edib ki, bu, texniki səbəblə bağlıdır: “Bu layihənin yenidən dəyərləndirilməyə ehtiyacı var. Texniki səbəbdən daha diqqətli baxmağa qərar verdik”.
U.A
www.oxu.az